Gömrükdə 300 karatdan çox brilyant aşkarlanıb

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən 2026-cı il yanvarın 1-dən etibarən aparılan nəzarət tədbirləri nəticəsində 1072 hüquqpozma faktı aşkarlanıb.

Bunu Dövlət Gömrük Komitəsi tərəfindən təşkil edilən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur çərçivəsində Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşı Orxan Sultanov bildirib.

Onun sözlərinə görə, aşkarlanan hüquqpozma faktlarının 4-ü cinayət, 1068-i isə inzibati xəta xarakterli olub:

“Cinayət xarakterli faktlar üzrə 3 halda üzərində məcburi nişanlama aparılmalı olan, lakin nişanlanmamış siqaretlərin qanunsuz dövriyyəsi müəyyən edilib. Digər bir fakt üzrə isə gömrük orqanına bəyan olunmayan 308,30 karat brilyant qaşları aşkarlanıb.

Həmçinin, 3 fakt üzrə məcburi nişanlanmalı olduğu halda nişanlanmamış 73 min 840 ədəd siqaretin dövriyyədə olduğu müəyyən edilib”.

Qurum rəsmisi əlavə edib ki, gömrük qaydalarının pozulması ilə bağlı baxılmış inzibati işlər üzrə tətbiq olunan cərimələrin ümumi məbləği 97 min 169,80 manat təşkil edib. 

“Bunun 81 min 146,35 manatının ödənilməsi təmin olunub.

Bundan başqa, 64 fakt üzrə materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Digər statistik göstəricilərə əsasən, 3 milyon 499 min 860,72 litr energetik içki, 4 milyon 440 min 750,03 litr spirtli içki, 59 milyon 449 min 68 ədəd tütün məmulatı, 18 min 928,16 kiloqram qəlyan üçün tütün, eləcə də tərkibində tütün olan və ya bərpa edilmiş tütün çubuqlarından 141 milyon 385 min ədəd rəsmiləşdirilib”.

O.Sultanov onu da qeyd edib ki, hesabat dövründə ümumilikdə 24 min 783 ədəd minik avtomobili rəsmiləşdirilib:

“Onlardan 6 min 815-i hibrid, 482-si tam elektrikli, 2 min 526-sı dizel, 14 min 960-ı isə benzin mühərrikli nəqliyyat vasitələri olub.

Bundan əlavə, 2 min 641 yük avtomobili, 723 yəhərli dartıcı, 590 qoşqu və yarımqoşqu, həmçinin 1960 digər nəqliyyat vasitəsi rəsmiləşdirilib”. (olke.az)

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR