Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır

"Düşünmürdüm ki, kartof idxalı ilə məşğul olan inhisarçılar fürsətdən istifadə edib məhsulun qiymətini 50 faiz artıracaqlar".

Gazette.az xəbər verir ki, bunu Qaynarinfo-ya  açıqlamasında ekspert Vahid Məhərrəmli kartofun qiymətinin kəskin artmasının səbəblərini şərh edərkən deyib. 

Ekspertin sözlərinə görə, kartofun bir kiloqramı ölkəyə təxminən 40–44 qəpiyə başa gəlir:

"Bu, çox ciddi məsələdir. Onsuz da onlar gəlir əldə edirdilər. Əgər kartof bu qiymətə idxal edilirsə, onu  üç dəfə baha satmağa nə ehtiyac var? Onsuz da  kartof alış qiymətindən iki dəfə artıq qiymətə satılırdı. İndi isə yaranmış vəziyyətdən istifadə edirlər. Kartof geniş istehlak olunan məhsuldur və əhali üçün əlçatan olduğuna görə ondan daha çox istifadə edilir".

Ekspert bildirib ki, bazarda mövcud vəziyyətdən istifadə edənlər əsasən inhisarçı idxalçılardır: 

"Kartof elə məhsuldur ki, onu 10–15 günə istehsal edib bazara çıxarmaq mümkün deyil. Bir qədər  sonra təzə kartof bazara çıxacaq, lakin onun qiyməti də yüksək olacaq. Təklif nisbətən artsa da, bu,  qiymətlərə ciddi təsir göstərməyəcək. Kartof idxalı  birmənalı olaraq inhisardadır".

Vahid Məhərrəmli yaxın günlərdə digər tərəvəz məhsullarının da bahalaşa biləcəyini qeyd edib: 

"Azərbaycan həm də İrandan yerkökü, kələm, badımcan, bibər və digər məhsullar idxal edir.   Təəssüf ki, onların da qiymətində artım baş verə bilər”.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR