
Reklam
04 Mart 2026, 12:56
159
Tələbələrə metro və avtobuslarda güzəşt olunacaq
"160 minə yaxın tələbə artıq "TələbəPlus" kartından istifadə edir. Gələcəkdə bu kart vasitəsilə tələbələrə nəqliyyatda 10 faiz endirim nəzərdə tutulur".
Bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
O bildirib ki, bu barədə bir ay ərzində ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, müəllimlər üçün nəzərdə tutulmuş "TəhsilPlus" kartı ilə isə müəllimlər üçün ictmai nəqliyyatda gediş 10 faiz güzəştli olacaq.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





