Mobil telefon gətirənlərə vacib xəbər - RƏSMİ

"Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na edilmiş son dəyişikliklər fiziki şəxslərin mobil cihazları ölkəyə gətirməsi ilə bağlı güzəşt mexanizmini tənzimləyir.

Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, yeni dəyişikliklərə əsasən, fiziki şəxslər tərəfindən təqvim ili ərzində bir ədəd mobil cihazın müvafiq hədlər çərçivəsində (fiziki şəxslərin özləri tərəfindən ölkə ərazisinə gətirilməsi zamanı 800 ABŞ dolları, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkətlər vasitəsilə gətirilməsi zamanı isə 300 ABŞ dolları) güzəştli qaydada bir dəfə ölkə ərazisinə gətirilməsi imkanları mövcuddur.

"Bir mobil cihazın dəyəri yuxarıda qeyd olunan hədlərdən artıq olduqda güzəşt limitindən artıq hissəsinə gömrük ödənişləri tətbiq edilməklə sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

Təqvim ili ərzində bir ədəddən artıq mobil cihazın gətirilməsi zamanı gömrük ödənişlərinin tam həcmdə ödənilməklə sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi nəzərdə tutulur", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, fiziki şəxsin şəxsi istifadəsi üçün təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəd mobil cihazın aksizdən azad olunması Vergi Məcəlləsi və "Dövlət rüsumu haqqında" dəyişiklikdə əksini tapıb. 

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR