
Reklam
30 Yanvar 2026, 10:50
219
Anar Əzimov vəzifəsindən azad olunub
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov vəzifəsindən azad olunub.
Bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, A.Əzimov 4 ildən artıqdır tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, A.Əzimov 2021-ci ilin oktyabrından AXA sədrinin müavini vəzifəsində çalışırdı. (iqtisadiyyat.az)
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





