“Azərpoçt”: Hazırda 17 fərqli məntəqədə “Postamat”lar quraşdırılıb

“AZCON Holding” şirkətlərindən olan “Azərpoçt” MMC artıq uzun müddətdir ki, müştərilərinə elektron ticarət xidmətinin bütün istiqamətləri üzrə xidmətlər göstərir. Bunlardan biri də “Postamat” adlı avtomatlaşdırılmış poçt qutularıdır. “Postamat” şəbəkəsi hazırda müştərilərə onlayn sifarişlərdən olan bağlamaların 24/7 rejimində təhvil verilməsi imkanını təmin edir. Bağlama qutularının açılması müştərinin mobil nömrəsinə SMS vasitəsilə göndərilən birdəfəlik kod və ya QR kod vasitəsilə həyata keçirilir. Həmçinin müxtəlif dillərdə fəaliyyət göstərən (Azərbaycan, ingilis və rus dilləri) interfeys bu qutuların istifadə rahatlığını təmin edir. “Postamat”lar hazırda 17 fərqli məntəqədə quraşdırılıb və aktiv şəkildə fəaliyyət göstərir.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq “Azərpoçt” MMC-dən bildirilib.

Qeyd olunub ki, təhlükəsizlik məqsədilə “Postamat”lar fiziki kilidləmə sistemi, kamera nəzarəti (CCTV), unikal kodla təsdiqləmə (autentifikasiya) və real vaxt rejimində sensorlarla təchiz olunub – bu da nasazlıq və təhlükəsizlik hallarında dərhal xəbərdarlıq imkanı yaradır. Ödənişlər isə postamat üzərindən deyil, tərəfdaş platformalarında əvvəlcədən həyata keçirilir və hazırda postamatlar yalnız biznes tərəfdaşlarla inteqrasiya mühiti çərçivəsində fəaliyyət göstərir.

“Azərpoçt”-dan bildirilib ki, yaxın perspektivdə daha geniş tərəfdaş şəbəkəsi ilə əməkdaşlıqlar və rəqəmsal həllərin tətbiqi üzərində iş gedir. Məqsəd həm müştəri təcrübəsini gücləndirmək, həm də ümumi logistik proseslərin daha sürətli, rahat və avtomatlaşdırılmış şəkildə həyata keçirilməsidir.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR