Yevlax və Şirvanda güzəştli mənzillər satışa çıxarılır

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən güzəştli mənzillərin satışı ilə bağlı növbəti elan verilib.

Bu barədə jurnalistlərə açıqlaması zamanı Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat katibi Diana Dadaşova deyib.

Onun sözlərinə görə, bu elan çərçivəsində agentliyin layihələri olan Hövsan yaşayış kompleksinin birinci mərhələsi, Hövsan yaşayış kompleksinin ikinci mərhələsi, Sumqayıt yaşayış kompleksi, Lənkəran yaşayış kompleksi və bu elan çərçivəsində ilk dəfə olaraq Binəqədi yaşayış kompleksi, Şirvan və Yevlax yaşayış kompleksləri üzrə ümumilikdə 627 mənzil satışa çıxarılıb.

“Mənzillərin satışına 3 dekabrda başlanılacaq və bu proses 12 dekabr tarixinədək davam edəcək. Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq mənzillərin seçiminə 9 dekabr tarixində başlanılacaq və 12 dekabr tarixinədək davam edəcək”, - deyə Diana Dadaşova vurğulayıb.

Qeyd olunub ki, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi elektron hökumət portalı üzərindən güzəştli mənzil sistemi vasitəsilə elektron qaydada həyata keçilir. Yalnız güzəştli mənzil sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil seçimində iştirak edə bilərlər. Bu elan çərçivəsində qeyd edilən ümumilikdə 627 mənzil satışa çıxarılır və bütün mənzillər tam təmirli, mətbəx mebelli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin olmuş vəziyyətdə vətəndaşlara təklif olunur. Bu elan çərçivəsində satışa çıxarılan mənzilləri vətəndaşlar həm öz vəsaiti hesabına ödəniş üsulu ilə, həm də güzəştli ipoteka krediti vasitəsilə əldə edə bilərlər.

MİDA rəsmisinin sözlərinə görə, mənzilləri güzəştli ipoteka krediti vasitəsilə əldə etmək istəyən vətəndaşlar mütləq satış gününədək agent banklara yaxınlaşmalı və ilkin razılıq qərarını əldə edərək elektron kabinetlərində yerləşdirilməsini təmin etməlidirlər: “Yevlax yaşayış kompleksi istifadəyə tam hazırdır və burada gələcək sakinlərin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılıb. Eyni zamanda, ərazidə istirahət guşələri və uşaq oyun meydançaları da tam hazırdır. Qeyd edim ki, bu elan çərçivəsində Yevlax yaşayış kompleksi üzrə 179 mənzil satışa çıxarılıb. Şirvan yaşayış kompleksi üzrə isə 216 mənzil satışa çıxarılıb”.

D.Dadaşova qeyd edib ki, hazırda yeni layihələrin də icrası həyata keçirilir. Belə ki, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində 2,31 hektar torpaq sahəsində artıq yeni binaların tikintisində başlanılıb və sürətlə davam edir.

“Bununla yanaşı Hövsan qəsəbəsində 5,83 hektar torpaq sahəsində və eyni zamanda, Abşeron rayonunun Saray qəsəbəsində 4, 5 hektar torpaq sahəsində yeni yaşayış komplekslərinin tikintisində başlanılması üçün sənədləşdirmə işləri həyata keçilir. Bununla yanaşı, agentliyin növbəti layihələrindən birinin Naxçıvanda reallaşdırılması nəzərdə tutulub. Artıq Naxçıvanda yeni yaşayış kompleksinin inşasının həyata keçirilməsi üçün layihələndirmə işlərinə başlanılıb”, - deyə Diana Dadaşova qeyd edib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR