Azərbaycan “Big 5 Global UAE” sərgisində iştirak edir

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Big 5 Global UAE 2025" tikinti və inşaat sənayesi sərgisi keçirilir. İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın 9 şirkəti ilk dəfə olaraq məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində sözügedən sərgidə nümayiş etdirir.

AZPROMO-dan Gazette.az-a bildirilib ki, stenddə tikinti materialları, qoruyucu işçi ayaqqabıları, lak və boyalar, tikinti kimyəviləri, metal məmulatları və digər məhsullar nümayiş olunur.

Sərgi ziyarətçilərinə şirkətlərin təqdim etdiyi xidmətləri, Azərbaycan məhsullarının keyfiyyətini, istehsal texnologiyalarını və ixrac imkanlarını əks etdirən tanıtım videoçarxları və məlumatlar təqdim edilir. Sərgi çərçivəsində yerli şirkət nümayəndələri ilə xarici tərəfdaşlar arasında işgüzar müzakirələr keçirilir, mümkün əməkdaşlıq istiqamətləri və ixrac perspektivlərinə dair danışıqlar aparılır. Həmçinin xidmət ixracının dəstəklənməsi məqsədilə Xəzəryanı regionda tikinti sənayesi iştirakçılarının ən əsas görüş yerlərindən birinə çevrilən Xəzər İnşaat Həftəsi haqqında məlumat verilir və xarici şirkətlərin sözügedən həftə çərçivəsində keçiriləcək sərgilərdə təmsil olunması təşviq edilir.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR