“AzerGold” QSC-nin müşaviri BDU-da təqdimatla çıxış edib

“AzerGold” QSC-nin müşaviri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Şahbəddin Musayev Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin professor-müəllim heyəti üçün təqdimatla çıxış edib.

“AzerGold” QSC tərəfindən “Müasir innovativ kəşfiyyat metodlarının tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının filiz potensialının qiymətləndirilməsi” mövzusunda keçirilən təqdimat dövlət şirkəti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan geoloji kəşfiyyat işlərinin əsas istiqamətləri, ölkəmizin mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və yeni mədənlərin işə salınması istiqamətində həyata keçirilən fəaliyyət ilə bağlı mövzuları əhatə edib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq “AzerGold” tərəfindən icra edilən proqrama əsasən Kiçik Qafqaz sıra dağları – Qarabağ, Şərqi Zəngəzur, Qazax-Tovuz və Gəncə-Daşkəsən iqtisadi rayonları, eləcə də Naxçıvan Muxtar Respublikasını əhatə etməklə ümumilikdə 15 409 km² sahədə kompleks geoloji tədqiqatların aparılması nəzərdə tutulub.

Çıxış zamanı dövlət şirkəti tərəfindən helikopterlə aparılan müasir və qeyri-invaziv axtarış metodlarından biri olan aeroelektromaqnetik tədqiqatlar haqqında bəhs edilib. Qeyri-invaziv tədqiqatların əhəmiyyəti, bu metodun daha qısa müddətdə perspektivli sahələrin müəyyən olunmasına və yüksək maliyyə tələb edən buruqqazma işlərinə qənaət edilməsinə verdiyi töhfələr, eləcə də ekoloji səmərəliliyi vurğulanıb.

Ş.Musayev təqdimatında qeyd edib ki, geoloji tədqiqatların nəticələri yeni perspektivli sahələrin müəyyən olunmasına, gələcək hasilat işlərinin isə dövlət tərəfindən təyin ediləcək operatorlar tərəfindən həyata keçirilməsinə şərait yaradacaq. Geoloq eyni zamanda mövcud yataqlarda ehtiyatların yenidən qiymətləndirilməsi ilə bağlı görülən işlərdən də bəhs edib, Şərqi Zəngəzur iqtisadi rayonunda, Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən Zod qızıl yatağında genişmiqyaslı geoloji tədqiqatların gedişatı barədə ətraflı məlumat verib.

Cəmiyyətin 9 illik fəaliyyəti ərzində hasilat, ixrac, vergi və sosial ödənişlər, pərakəndə satış həcmləri, gəlirlər üzrə statistik göstəricilər, həmçinin həyata keçirilən sosial məsuliyyət layihələri barədə məlumatlar da tədbir iştirakçılarına təqdim edilib.

Tədbir sual-cavab və mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR