ASCO rəhbərliyi xarici sularda çalışan gəmilərə baş çəkib

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev, Texniki direktoru Rəşad Göyüşov və “ASCO Ship Management”in baş meneceri Çingiz Səfərov Xəzərdən kənarda fəaliyyət göstərən gəmilərə səfər edib.

Səfərin əsas məqsədi xarici sularda fəaliyyət göstərən ASCO gəmilərinin texniki vəziyyətini yerində qiymətləndirmək, təmir edilən gəmilərlə, eləcə də planlaşdırılan təmir proqramlarının gedişi ilə tanış olmaq, beynəlxalq sularda çalışan heyətin iş şəraiti, təhlükəsizliyi və sosial təminatı ilə bağlı məsələləri araşdırmaqdan ibarət olub.

Nümayəndə heyəti Türkiyənin Yalova bölgəsindəki tərsanələrin birində təmir ediləcək “Handysize” tipli “Murovdağ” gəmisinə baş çəkərək təmirə hazırlıq işləri ilə maraqlanıb, gəminin təchizat, təminat və ümumi vəziyyətinə baxış keçirib.

Rauf Vəliyev “Murovdağ” gəmisində çalışan azərbaycanlı heyət üzvləri – kapitanın III köməkçisi Rəşad Əliyev və IV mexanik Rəhman Lametor, eləcə də burada təcrübə keçən Nihad Məmmədzadə və Teymur Əliyevlə görüşüb. Sədr onların gündəlik fəaliyyəti, iş şəraiti və qayğıları ilə maraqlanıb, gənc dənizçilərə tövsiyələrini verib.

ASCO nümayəndələri Tuzla bölgəsində yerləşən Torlak tərsanəsində əsaslı təmir edilən “Qafur Məmmədov” quru yük gəmisinə də baxış keçiriblər. Burada bildirilib ki, təmir prosesi son mərhələdədir, gəminin yaxın günlərdə istismara qaytarılması planlaşdırılır.

Rauf Vəliyev “Qafur Məmmədov” gəmisinin heyət üzvləri ilə görüşüb, gəminin təmirdən sonra təhvil prosesinin təşkilinə dair tapşırıqlarını verib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR