Meyvə bağları üzrə aqrar sığorta ödənişləri 1 milyon manata çatıb

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmindən faydalanan fermerlərin sayı və onlara sığorta ödənişləri sürətlə artmaqdadır. Fermerlərin faydalandığı sahələrdən biri də meyvə bağlarıdır. Aqrar Sığorta Fondunun meyvə bağlarının sığortası üzrə həyata keçirdiyi ödənişlərin ümumi məbləği 1 milyon manata çatıb. 

Meyvə bağları üzrə ödənişlər alça, alma, armud, badam, ərik, fındıq, gavalı, gilas, xurma, qoz, limon, nar, naringi, nektarin, portağal, şaftalı, üzüm bağları üzrə həyata keçirilib. Ən böyük sığorta ödənişləri üzüm, gilas, şaftalı-nektarin, badam, armud, ərik, alma və alça bağları üzrə həyata keçirilib. 

Üzüm bağlarına dəymiş zərərlər üzrə indiyədək 168 min manat, gilas bağlarına dəymiş zərərlər üzrə 136 min manat, şaftalı-nektarin bağları üzrə 110 min manat, badam bağlarına dəymiş zərərlər üzrə isə 93 min manat sığorta ödənişi həyata keçirilib. Müxtəlif hadisələrdən zərər çəkmiş alma və alça bağlarına müvafiq olaraq 77 min manat və 67 min manat sığorta ödənişi edilib. 

İndiyədək olan hadisələr göstərir ki, meyvə bağlarına ən çox zərər vuran hadisələr fırtına, dolu, şaxtavurma və sel-subasmadır. 

Xatırladaq ki, aqrar sığorta üzrə ümumilikdə 41 növ bitki və bitki məhsulu sığortalamaq mümkündür. Sığortalanan bitkilərin bir hissəsi meyvələrdir. Belə ki, aqrar sığorta vasitəsilə albalı, alça, alma, armud, badam, çiyələk, ərik, fındıq, gavalı, gilas, heyva, xurma, qoz, limon, nar, naringi, nektarin, portağal, şaftalı, üzüm, zeytun bağlarını sığortalamaq mümkündür. Aqrar Sığorta Fondu meyvə bağlarını çoxsaylı risklərdən - dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, yanğın,  dolu yağması nəticəsində keyfiyyət itkisi kimi risklərdən sığorta edir. Eləcə də aqrar sığorta meyvə bağlarını bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması, habelə zəlzələ, torpaq sürüşməsi, ildırım nəticəsində yarana bilən risklərdən qoruyur. Fermerlər dövlət dəstəkli aqrar sığortanın yaratdığı bu üstünlüklərdən faydalanaraq bağlarını sığortalayırlar. Hadisə baş verdikdə isə fermerlərə sığorta ödənişləri həyata keçirilir. 

 

Qeyd edək ki, aqrar sığorta vasitəsilə meyvə bağlarında toplanacaq məhsulla yanaşı, tingləri və ağacları da ayrıca sığorta etmək mümkündür. Dövlət tərəfindən təqdim olunan 50%-lik sığorta haqqı güzəşti nəticəsində fermerlər sığorta haqqının yalnız yarısını ödəyirlər, qalan hissəni, fermerlərə dəstək üçün dövlət özü ödəyir. Aqrar Sığorta Fondu fermerlərə xatırladır ki, hazırda meyvə bağlarının sığortalanması mövsümü başlayıb. Fermer və meyvə bağı sahibləri dövlət aqrar sığortası vasitəsilə öz təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilərlər. 

 

Meyvə bağlarının sığortalanması üçün sığorta haqlarını fermerlər özləri də müstəqil şəkildə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki «Bitkiçilik kalkulyatoru» vasitəsilə hesablaya bilərlər (//asf.gov.az/bitkicilik-kalkulyatoru). 

 

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR