“Dabaq xəstəliyinin qida məhsulları vasitəsilə insanlara keçmə ehtimalı sıfıra yaxındır”

“Dabaq virus mənşəli yüksək kontagioz iti gedişli infeksion xəstəlik olub xüsusən də cütdırnaqlı heyvanlarda bədən temperaturunun yüksəlməsi, ağız boşluğu selikli qişasının, yelin və ətrafların aftalı zədələnmələri ilə səciyyələnir”.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev verib.

Onun sözlərinə görə, dabaq virusunun 7 tipi və 60-dan artıq alt tipi var: “Dabaq xəstəliyinə yoluxmuş heyvanlar digər sağlam heyvanlardan təcrid edilməlidir. Orqanizmin rezistentliyi yüksək olan heyvanlarda xəstəlik özünü yüngül formada büruzə verir, orqanizmin rezistentliyi aşağı olan heyvanlarda isə xəstəlik bir qədər ağır formada biruzə verir. Bu zaman ağız boşluğu, dırnaq nahiyəsi və yelində aftalar əmələ gəlir. Xəstəliyin spesifik müalicə vasitəsi olmadığı üçün heyvanlarda simtomatik müalicə vasitələrindən və vitamin-mineral komplekslərindən istifadə edilir. Dabaq xəstəliyinə yoluxmuş heyvanlarda zədələnmiş sahələr 7-8 gün sonra bərpa olunur və 2 həftə ərzində xəstə heyvanlar sağalır. Xəstəliyi keçirmiş heyvanlarda bir ilə qədər təbii immunitet yaranır. Xəstəliyi vezukulyar stamotitdən, ağızın selikli qişasının zədələnmələrindən və digər xəstəliklərdən təfriq etmək lazımdır”.

Bayandur Rzayev bildirib ki, 2023-cü ilədək ölkə ərazisində dabağın 3 tipinə qarşı profilaktik peyvəndləmələr aparılırdı: “2023-cü ildən sonra isə peyvənd proqramına 4-cü tip əlavə olunub. Hal-hazırda isə müvafiq araşdırmalar aparılır. Ehtiyac yarandığı təqdirdə 5-ci tip də əlavə edilə bilər. Heyvan xəstəliklərinə qarşı peyvəndləmə və dezinfeksiya işləri mütəmadi aparılır, bu işlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqəli şəkildə kommunikasiya edilir və müvafiq tədbirlər birlikdə həyata keçirilir”.

Şöbə müdirinin sözlərinə görə, dabaq xəstəliyinin qida məhsulları vasitəsilə insanlara keçmə ehtimalı sıfıra yaxındır: “Bu ehtimal demək olar ki, yoxdur. “Dabaq xəstəliyi insanlara heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə bilər. Azərbaycanda ət və süd məhsullarının çiy çəkildə qəbulu ənənəsi demək olar ki yoxdur, bu səbəbdən bu xəstəliyin insanlara keçmə ehtimalı sıfıra bərabərdir”.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR