“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş növbəti tədbir keçirilib

Energetika Nazirliyində “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq “Suverenliyimizin bərpa olunmasının ölkəmizin energetika sahəsindəki rolu” mövzusunda tədbir keçirilib.

Energetika nazirinin müavini Samir Vəliyev 20 oktyabr - Energetiklər Günü münasibətilə enerji sektorunun əməkdaşlarını təbrik edərək energetika sahəsində əldə etdiyimiz uğurların təkcə iqtisadi sabitliyimizi deyil, həm də milli suverenliyimizin möhkəmlənməsini təmin etdiyini bildirib. Suverenliyin bərpası ilə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini daha da möhkəmləndirərək milli resurslarımız üzərində tam sahiblik imkanlarının təmin edilməsi, xüsusilə energetika sektorunun bu prosesin aparıcı dayaqlarından birinə çevrildiyi qeyd edilib.

Çıxışlarda Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfərdən sonra Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpa edildiyi işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən “yaşıl” enerji layihələrinin əhəmiyyəti, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, Azərbaycanın regional enerji təhlükəsizliyinin təminində rolu, Konstitusiyanın hüquqi dövlət quruculuğundakı əhəmiyyətinə diqqət çəkilib.

Tədbirdə Energetika Nazirliyi Aparatının, həmçinin Nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları iştirak ediblər. 

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR