“AzerGold” QSC 5-ci “Rebuild Karabakh” sərgisində iştirak edib

“AzerGold” QSC 14–16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 5-ci Yubiley Azərbaycan Beynəlxalq “Qarabağın Bərpası, Yenidənqurulması və İnkişafı” sərgisi – “Rebuild Karabakh”da xüsusi stendlə təmsil olunub.

Sərgi pavilyonunda Cəmiyyət tərəfindən müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra edilən mühüm layihələrə dair təqdimatlar nümayiş olunub. 

Ziyarətçilərə rəqəmsal və audiovizual materiallar, çap məhsulları vasitəsilə “AzerGold” QSC-nin fəaliyyət istiqamətləri üzrə yeniliklər, ölkə iqtisadiyyatına töhfələri, eləcə də hasilat zonalarında həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat təqdim edilib.

Sərgi iştirakçılarının diqqətinə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər rayonunda yerləşən “Zod” qızıl mədəni, “Tutxun”, həmçinin “Şorbulaq” sahəsindəki qızıl, xrom və civə filiz təzahürlərində aparılan geoloji kəşfiyyat işlərinin mövcud vəziyyəti və perspektivləri çatdırılıb.
Tədbir çərçivəsində “AzerGold” QSC-nin təqdim etdiyi qızıl və gümüş sikkələr, eləcə də qızıl külçələr yerli və xarici sərgi ziyarətçilərin diqqət mərkəzində olub. 

Stenddə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə müasir “Smartminting” texnologiyası əsasında 3D formatında istehsal edilən “100 il və onun fövqündə bir irs” adlı unikal qızıl sikkə və Qarabağ mövzusuna aid “Qarabağ xalçası - Çələbi”, “Qarabağ inciləri”, “Şuşa” və “Xurşidbanu Natəvan”, yeni “Laçın” qızıl və gümüş sikkəsi daxil olmaqla, Azərbaycanın tarixi, mədəniyyəti və incəsənətini əks etdirən 12 çeşiddə qızıl, 5 çeşiddə gümüş sikkə kolleksiyası nümayiş etdirilib.

Həmçinin 2020-ci il Vətən müharibəsində əldə olunan şanlı Qələbənin 5-ci ildönümünə ithaf olunan, Zəfər Günü ərəfəsində ictimaiyyətə təqdim edilməsi planlaşdırılan “Zəfər” qızıl sikkə kolleksiyasının dizayn konsepsiyası da sərgi çərçivəsində ilk dəfə təqdim edilib.
 

SON XƏBƏRLƏR

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

BÜTÜN XƏBƏRLƏR