I yarımilin sığorta sektorunun aktivləri açıqlanıb

Cari ilin birinci yarımili ərzində sığorta sektorunun aktivləri 4,5 faiz (93 milyon manat) artaraq 2,14 milyard manata çatıb.

Gazette.az Mərkəzi Banka istinadla xəbər verir ki, aktivlərin 40 faizini (856 milyon manat) dövlət qiymətli kağızları, 28 faizini (600 milyon manat) bank vəsaitləri, 11 faizini (236 milyon manat) qeyri-dövlət qiymətli kağızları, 8 faizini (163 milyon manat) debitor borclar təşkil edir.

Bu ilin birinci yarımili ərzində sektorun öhdəlikləri isə 7,3 faiz (105 milyon manat) artaraq 1,55 milyard manata çatıb. Öhdəliklərin 73 faizi sığorta haqları ehtiyatı, 18 faizi sığorta hadisələri ehtiyatı 9 faizi digər öhdəliklər təşkil edir.

Sığorta şirkətlərinin investisiya portfeli ötən ilin sonu ilə müqayisədə 5,6 faiz (94 milyon manat) artaraq 1772 milyon manata çatıb. Maliyyə Nazirliyi tərəfindən dövlət qiymətli kağızlarının yeni emissiyasının baş verməməsi sığortaçıların alternativ investisiya alətlərindən istifadə etməsinə təsir edib. Belə ki, investisiya portfelində artım əsasən banklarda pul vəsaitləri (205 milyon manat) və qeyri-dövlət qiymətli kağızların (102 milyon manat) hesabına baş verib.

Bundan əlavə, sığorta şirkətləri repo bazarında vəsait yerləşdirən tərəf kimi aktiv iştirak edib. Ümumilikdə, həyat sığorta şirkətlərinin aktivlərinin 92 faizini, qeyri-həyat sığorta şirkətlərinin aktivlərinin isə 73 faizini investisiya portfeli təşkil edir. Sığorta şirkətlərinin investisiya aktivləri əsasən dövlət qiymətli kağızlardan və bank vəsaitlərindən ibarətdir.

2025-ci ilin birinci yarımilində sığorta sektoru investisiya fəaliyyətindən 55 milyon manat gəlir əldə edib ki, bu da cəmi gəlirlərin 7,15 faizini təşkil edir.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR