12-ci TDT Zirvəsi: Türk dünyasında sülh və təhlükəsizlik

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü “Regional sülh və təhlükəsizlik” mövzusu altında Türk dünyasında inteqrasiyanın dərinləşməsi, kollektiv təhlükəsizlik və iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından yeni mərhələnin əsasını qoydu. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova bildirib ki, bu Zirvə təkcə diplomatik hadisə deyil, həm də Türk sivilizasiyasının XXI əsrdə siyasi, iqtisadi və mədəni dirçəlişinin strateji təzahürüdür. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan TDT-nin mərkəzi dayaqlarından birinə çevrilib. Ölkəmiz Katibliyin hesabına 2 milyon ABŞ dolları ianə köçürməklə Təşkilatın institusional güclənməsinə mühüm dəstək verib.

Azərbaycanın daxili sabitliyi, strateji coğrafi mövqeyi, logistika və nəqliyyat imkanları, artan hərbi-texniki potensialı TDT-ni qlobal arenada daha təsirli aktora çevirir.

Prezident İlham Əliyev Zəngəzur Dəhlizini həm Orta Dəhliz, həm də Şimal–Cənub dəhlizləri çərçivəsində yeni strateji marşrut kimi qiymətləndirib. Bu dəhliz “Türk qapısı” rolunu oynayaraq Avrasiya boyunca inteqrasiya olunmuş iqtisadi və logistik məkanın əsasını qoyacaq.
TDAM rəhbəri Vüsalə Cəfərova qeyd edib ki, Azərbaycan Orta Dəhlizlə yükdaşımaları son iki ildə təxminən 90 faiz artırıb. Bu artım Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı və Xəzərin ən böyük ticarət donanması kimi infrastruktur imkanları ilə dəstəklənir. Ələt Beynəlxalq Ticarət Limanının illik gücünün yaxın illərdə 25 milyon tona çatdırılması Azərbaycanın qlobal nəqliyyat mərkəzi kimi mövqeyini daha da gücləndirəcək.

Azərbaycan hazırda 14 ölkəyə təbii qaz ixrac edir və boru kəmərlərinin coğrafi əhatəsinə görə dünya lideridir. Bununla yanaşı, ölkə 2030-cu ilə qədər enerji istehsalının 40 faizini bərpaolunan mənbələrdən təmin etməyi hədəfləyir. Bu kontekstdə Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə Yaşıl Enerji Dəhlizi layihəsini həyata keçirir. Qara dənizin dibindən keçən hissəsi 1100 km uzunluğunda olan bu kabel sisteminə Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyadakı türk dövlətləri qatılmaqla Xəzərdən Avropaya yaşıl enerji ötürülməsi nəzərdə tutulur. Layihəyə Türk dövlətlərinin də qoşulması istiqamətində Bakı əməli təşəbbüslər irəli sürür. Azərbaycan 3 milyard ABŞ dolları dəyərində 10 bərpa olunan enerji layihəsinə sərmayə qoyur və 2 GW yeni güc yaratmağı planlaşdırır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvədə çıxışında “TDT Plus” formatının qəbulunu Türk dünyasının beynəlxalq əlaqələrinin yeni mərhələsi kimi dəyərləndirib. O qeyd edib ki, bu format vasitəsilə TDT digər beynəlxalq təşkilatlarla sinerji yaratmaq və qlobal sistemdə vahid mövqedən çıxış etmək imkanına malik olacaq.

Türk dünyasının müdafiə sahəsində əməkdaşlığını dərinləşdirmək və beynəlxalq hüququn böhranlı şəraitində vahid mövqeyin sərgilənməsi zərurətə çevrilib.  Bu səbəbdən, bütün sahələrdə, o cümlədən müdafiə sənayesi və texnoloji əməkdaşlıqda inteqrasiyaya dəstək vermək Zirvənin sonunda imzalanan bəyannamədə əksini tapıb.

Azərbaycan bu günə qədər Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə yatırıb, bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına yönəlib.

Eyni zamanda, Azərbaycan-Özbəkistan, Azərbaycan-Qazaxıstan və Azərbaycan-Qırğızıstan birgə sərmayə fondları yaradılıb və yeni layihələrin maliyyələşdirilməsi üzərində işlər gedir.
Mədəniyyət sahəsində əməkdaşlıq məqsədilə 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinin 2026-cı ildə TDT çərçivəsində təntənəli qeyd olunması Azərbaycan tərəfindən təklif edilib. Bu, ortaq dil və mədəni kimliyin yenidən gücləndirilməsinə yönəlmiş mühüm təşəbbüsdür.

Qəbələ Zirvəsi göstərdi ki, Azərbaycan “Bir millət – çox dövlət” fəlsəfəsi əsasında Türk dünyasında siyasi, iqtisadi, enerji və təhlükəsizlik inteqrasiyasının hərəkətverici qüvvəsinə çevrilib. TDT-nin Qəbələ Bəyannaməsi Türk dövlətlərini vahid güc mərkəzinə çevirmək istiqamətində növbəti strateji addımdır. Zəngəzur Dəhlizi, Yaşıl Enerji Dəhlizi və “TDT Plus” formatı kimi təşəbbüslər Türk dünyasının qlobal aktor statusunu gücləndirəcək və Azərbaycanın liderlik rolunu regionun gələcək onillikləri üçün möhkəmləndirəcək. 
 

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR