Son 5 ildə Azərbaycanın qeyri-neft ixracı 72 faiz artıb

Son illər ərzində Azərbaycanın qeyri-neft sektorunun davamlı inkişafı və ixracın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkə məhsullarının xarici bazarlarda tanınmasına və rəqabət qabiliyyətinin yüksəlməsinə mühüm töhfə verib. Bu prosesdə “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə fəaliyyət göstərən ixracın təşviqi mexanizmləri vacib rol oynayır.

AZƏRTAC xəbər verir ki, nəticədə son 5 ildə (2019-2024) qeyri-neft ixracı 72 faizədək artıb və 2024-cü ildə tarixi rekordu yeniləyib.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq olunmuş Qaydada təsbit edilmiş 10 dəstək mexanizmi vasitəsilə “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi həyata keçirilir. Bura ixrac və alıcı missiyalarının təşkili, xarici bazarların araşdırılması, beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə və ya fərdi qaydada iştirak, xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda və ya mağaza şəbəkələrində, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında “Made in Azerbaijan” rəflərinin təşkili, xarici ölkələrin ictimai yerlərində və mediasında “Made in Azerbaijan” brendinin təbliği, beynəlxalq sertifikatların alınmasına dəstək, eləcə də ixracyönümlü məhsul və texnologiyaların inkişafına yönələn tədqiqat-inkişaf layihələrinin həyata keçirilməsinə dəstək mexanizmləri daxildir.

Bununla yanaşı, qeyri-neft ixracının şaxələndirilməsi və ixrac bazarlarının diversifikasiyası məqsədilə yeni dəstək tədbirlərinin də tətbiqi nəzərdə tutulur. Belə ki, beynəlxalq elektron ticarət platformalarında qeyri-neft məhsullarının satışının təşkilinə dəstək, xarici tərəfdaşlarla danışıqların aparılması zamanı qeyri-neft məhsullarının nümunələrinin göndərilməsinə dəstək, ixrac zamanı əqli mülkiyyət hüquqlarının xarici ölkələrdə qeydiyyata alınmasına dəstək və qeyri-neft məhsullarının daşınması üçün dəstək kimi yeni mexanizmlərin tətbiqi gözlənilir.

“Made in Azerbaijan” əmtəə nişanından istifadə hüququnu əldə etmək istəyən sahibkar İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə – AZPROMO-ya müraciət edir. Sahibkarın müraciəti müsbət qiymətləndirildikdə, ona AZPROMO tərəfindən lisenziya müqaviləsi əsasında “Made in Azerbaijan” əmtəə nişanından istifadə hüququ verilir. Lisenziya müqaviləsi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində dövlət qeydiyyatına alınır. Lisenziya müqaviləsinin dövlət qeydiyyatına alınması, müqaviləyə dəyişikliklər, xitam və digər məsələlərlə bağlı xərclər müraciət edən sahibkar tərəfindən ödənilir.

Beləliklə, qeyri-neft ixracının şaxələndirilməsi, ixracatçılar üçün institusional və operativ dəstək mexanizmlərinin tətbiqi, o cümlədən beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlərin nəticəsi olaraq 2024-cü ildə qeyri-neft ixracı 3,4 milyard dollar təşkil edərək tarixi rekord səviyyəsinə çatıb. Təkcə cari ilin yanvar-iyul ayları ərzində qeyri-neft ixracının həcmi 2 milyard dollardan çox olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur. Əsas qeyri-neft ixracı bazarları sırasında Rusiya, Türkiyə, ABŞ və Gürcüstan yer alır.

Bu nəticələr, eyni zamanda, ölkənin strateji sənədlərində müəyyən edilmiş hədəflərlə uzlaşır və qeyri-neft ixracının təşviqinə yönəlmiş kompleks yanaşmanın praktiki təzahürü kimi çıxış edir. Belə ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına əsasən, 2026-cı ilin yekunlarına görə, Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının 4 milyard dollara çatdırılması hədəfi qoyulub.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR