“AzerGold” beynəlxalq standart üzrə daha bir sertifikat əldə edib

Fəaliyyətində şəffaflıq, dürüstlük, hesabatlılıq kimi dəyərləri prioritet elan edən “AzerGoldQapalı Səhmdar Cəmiyyəti (QSC) daha bir mühüm beynəlxalq standart üzrə sertifikat əldə edib.

“AzerGold”dan Gazette.az-a verilən məlumata görə, ISO 37001:2016 – Rüşvətxorluğa qarşı İdarəetmə Sistemləri üzrə beynəlxalq sertifikat akkreditə olunmuş müstəqil sertifikatlaşdırma qurumu tərəfindən cari ilin may-iyun aylarında keçirilmiş auditin nəticələrinə əsasən təqdim edilib. Qeyd edək ki, sözügedən sənəd Beynəlxalq Standartlaşdırma Təşkilatı - ISO (International Organization for Standardization) tərəfindən hazırlanıb və şirkətin antikorrupsiya fəaliyyətinin, rüşvətin aşkarlanması və qarşısının alınması üzrə idarəetmə sisteminin beynəlxalq standartlara uyğun qurulduğunu və işlədiyini təsdiqləyir.

Rüşvətxorluğa qarşı İdarəetmə Sistemləri üzrə beynəlxalq sertifikatın əldə olunması dövlət şirkəti üçün bir sıra strateji, hüquqi və reputasiya üstünlüklər qazandırmaqla, milli qanunvericiliyə və beynəlxalq antikorrupsiya konvensiyalarına uyğunluğu təmin edir.

Xatırladaq ki, “AzerGold” QSC beynəlxalq standartların tətbiqinə 2016-cı ildən başlayıb. Bu günədək Keyfiyyət İdarəetmə Sistemi üzrə İSO 9001:2015, Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə İSO 45001:2018 və Ətraf Mühiti İdarəetmə Sistemi üzrə İSO 14001:2015 beynəlxalq sertifikatlar əldə edib. QSC-nin fəaliyyət sahələrinə uyğun olaraq, gələcəkdə digər beynəlxalq standartların da tətbiqi nəzərdə tutulur.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR