Maliyyə naziri Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

Maliyyə naziri, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayev ölkəmizdə rəsmi səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi, birgə layihələrin icrası, qarşılıqlı investisiya imkanları və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Azərbaycanın Serbiya ilə bütün sahələrdə strateji tərəfdaşlığı gücləndirmək niyyətində olduğunu qeyd edən S.Babayev ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin və Hökumətlərarası Komissiyanın mühüm platforma olduğunu bildirib. Nazir qeyd edib ki, Hökumətlərarası Komissiyanın ötən ilin iyul ayında Bakıda keçirilən 8-ci sessiyasında bir çox mühüm təşəbbüslər irəli sürülüb, cari ilin oktyabr ayında isə Belqradda Komissiyanın 9-cu iclasının keçirilməsi planlaşdırılır. 

Görüşdə iki ölkə arasında qarşılıqlı investisiyaların artdığı, 2024-cü ildə ticarət dövriyyəsinin 16,7 faiz artaraq 190,3 milyon dollara çatdığı diqqətə çatdırılıb. Həmçinin enerji, infrastruktur, aviasiya, kənd təsərrüfatı və mədəni-humanitar sahələrdə mövcud əməkdaşlıq imkanlarının qarşılıqlı faydalı layihələrin reallaşdırılması üçün geniş perspektivlər açdığı vurğulanıb.

Öz növbəsində, Ana Brnabiç Azərbaycan ilə Serbiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bu əməkdaşlığın qarşılıqlı etimada və dostluğa əsaslandığını qeyd edib. O, iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafında müsbət dinamikanın mövcudluğuna baxmayaraq, mövcud statistik göstəricilərin real potensialı əks etdirmədiyini və siyasi münasibətlərin səviyyəsinə uyğun gəlmədiyini vurğulayıb, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.

Xanım Brnabiç, həmçinin azərbaycanlı investorların Serbiyada daşınmaz əmlak, kənd təsərrüfatı və digər sahələrdə sərmayə yatırmalarında maraqlı olduqlarını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR