Bu avtomobillər üçün Bakıya giriş pullu olacaq

Daşıyıcılar avtobus parkını yeniləmək üçün bank kreditlərinə müraciət etdikdə, artıq onların qarşısında yeni bir imkan açılacaq - dövlət bu kreditlərə subsidiya və zəmanət dəstəyi göstərəcək.

Gazette.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə deyib.

"Bu mexanizm daşıyıcıların maliyyə yükünü xeyli yüngülləşdirəcək və mövcud avtobus parkının mərhələli şəkildə yenilənməsini daha real və əlçatan edəcək", - A.Rzayev bildirib.

Onun sözlərinə görə, əgər daşıyıcının öz vəsaiti ilə parkını yeniləməyə imkanı yoxdursa, bu zaman bank mexanizmlərindən yararlanacaq, dövlət isə həmin kreditlərin bir hissəsini subsidiya edəcək və zəmanət təmin edəcək. Bu addım həm daşıyıcıların fəaliyyətini sabitləşdirəcək, həm də sərnişinlərin daha təhlükəsiz və rahat nəqliyyat xidmətlərindən istifadəsini təmin edəcək.

O əlavə edib ki, şəhərdə ictimai nəqliyyatın inkişafı təkcə sərnişindaşıma xidmətlərinin yaxşılaşdırılması ilə məhdudlaşmır:

"Böyük sayda fərdi avtomobillərin paytaxta daxil olması nəqliyyat axınını çətinləşdirir, tıxaclar yaradır, ümumi hərəkət intensivliyinə və ekoloji tarazlığa mənfi təsir göstərir. Bu səbəbdən beynəlxalq təcrübəyə uyğun olaraq ödənişli hərəkət zonalarının tətbiqi gündəmdədir. Sözügedən modelin məqsədi şəxsi avtomobillərin şəhər mərkəzinə həddindən artıq daxil olmasının qarşısını almaq, ictimai nəqliyyata üstünlük vermək və hərəkət təhlükəsizliyini artırmaqdır".

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR