
Reklam
20 Sentyabr 2025, 09:05
222
KOBİA-da sahibkarların müraciətləri dinlənilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti vətəndaş qəbulu keçirilib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qəbulda iştirak edən sahibkarların biznes fəaliyyətinə dair müraciətlərini dinləyib, ehtiyacları olan dəstək və çətinliklərinin həlli ilə bağlı müzakirələr aparılıb.
Qəbul zamanı vətəndaşlara sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericiliyin tələbləri, bu sahədə yeniliklər və dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib, sualları cavablandırılıb. Qeyd olunub ki, qəbul zamanı qaldırılan bir sıra məsələlər Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq qurumlarla birgə araşdırılacaq, həlli istiqamətində tədbirlər görüləcəkdir.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





