BAKU Azərbaycan
26.03 °C

Danimarka hakimiyyəti ölkəyə qaz tədarükü ilə bağlı böhrandan qorxur

Danimarka Enerji Agentliyi ölkənin qaz təchizatı vəziyyətinin yaxın gələcəkdə pisləşə biləcəyini bildirərək, vətəndaşları enerjiyə qənaət etməyə çağırıb.

Bu barədə Gazette.az Agentliyin press-relizinə istinadən xəbər verir.

Sənəddə bildirilir ki, Danimarka erkən xəbərdarlıq rejimini tətbiq edir, bu isə qaz təchizatının əhəmiyyətli dərəcədə pisləşməsi ilə bağlı vəziyyətin yarana biləcəyinin göstərcisidir.

“Qaz çatışmazlığı halında, Danimarka Enerji Agentliyində istehlakçıların qış üçün evlərini qızdıra bilməsi üçün fövqəladə hallar planı var. Plan, digər məsələlərlə yanaşı, fövqəladə ehtiyatların buraxılmasını da əhatə edir və ən böyük qaz istehlakçı şirkətlərin müəyyən müddət ərzində qaz tədarükünü tamamilə və ya qismən kəsə biləcəyini nəzərdə tutur”.