Bu il Bakı Limanında 21 mindən çox konteyner aşırılıb

2022-ci ilin ilk beş ayı ərzində Bakı Limanı vasitəsi ilə 21 046 ədəd konteyner (TEU ekvivalentində) aşırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,1 %-lik artım deməkdir.

Gazette.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin mətbuat katibi Elmar Həbibli deyib.

Onun sözlərinə görə, ilin sonuna kimi bu göstəricilərin artan xətlə davam edəcəyi proqnozlaşdırılır: "Bununla yanaşı bu ilin ilk beş ayı ərzində Bakı Limanı vasitəsi ilə quru yükün daşınmasında 23,7 %-lik, vaqon daşınmasında 18,9 %-lik, təkərli texnikaların daşınmasında isə 15,9 %-lik artım qeydə alınıb. Hər il olduğu kimi bu ilin sonunda da limanın illik yük aşırma göstəricisinin müsbət olacağı proqnozlaşdırılır".

E.Həbibli bildirib ki, bu il ərzində Çinin müxtəlif istiqamətlərindən Avropa şəhərlərinə göndərilən bir neçə blok qatarı Azərbaycandan keçməklə Bakı Limanı vasitəsilə daşınıb:

"Limanın müasir texniki imkanları və peşəkar kadrları sayəsində bu yüklərin operativ qaydada qəbul edilməsi və yola salınması əməliyyatı icra edilir və bu da yük sahibləri üçün Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin daha da cəlbedici olmasına böyük töhfə verir.

Xüsusi ilə də qlobal logistikada təchizat zəncirinin əsas halqalarından hesab edilən konteyner daşımaçılığında hər il artım qeydə alınır ki, bu rəqəmlər Bakı Limanının statistik göstəricilərində də öz əksini tapır".

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR