
Reklam
14 İyun 2022, 20:16
608
İsveç və Danimarkada rekord inflyasiya göstəriciləri qeydə alınıb
İsveçdə 7,2%-lik inflyasiya qeydə alınıb, bu isə 1991-ci ildən sonra ən yüksək göstəricidir.
Gazette.az TASS-a istinadən xəbər verir ki, bu barədə Krallığın Statistika İdarəsinin məlumatında deyilir.
Məlumata görə, bu ilin aprelindən inflyasiya səviyyəsi 1% artıb. Qiymət artımının, ilk növbədə, elektrik enerjisi, yanacaq, ərzaq məhsulları və yüngül sənaye mallarına təsir etdiyi bildirilir. Ekspertlər bunu enerjidaşıyıcılarının qiymətlərinin artması ilə əlaqələndirirlər.
Danimarkada da rekord səviyyədə - 7,4%-lik inflyasiya qeydə alınıb. Buna Danimarkanın Rusiyadan təbii qazı rublla almaqdan imtina etməsi və nəticədə elektrik enerjisi, yanacaq, ərzaq məhsullarının qiymətlərinin artması səbəb olub.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





