BAKU Azərbaycan
13.03 °C

“Fitch” ÜDM artımı proqnozunu aşağı salıb

Beynəlxalq Reytinq Agentliyi – “Fitch Ratings” 2022-2023-cü illər üçün qlobal ÜDM artım proqnozunu 3,5%-dən 2,9%-ə endirib.

Bu barədə “Fitch”in hesabatında deyilir.

Gələn il üçün proqnoz da 0,1% bəndi azaldılaraq 2,7%-ə endirilib.

Agentlik ABŞ-ın 2022-ci il üçün ÜDM artımı proqnozunu 0,6% bəndi aşağı salaraq 2,6%-ə, Avrozonanın ÜDM artımı proqnozunu isə 0,4% bəndi azaldaraq 2,6%-ə qədər endirib.

“Çində COVID-19 pandemiyası ilə əlaqədar istehsal məhdudiyyətləri qlobal təchizat zəncirlərinə təzyiqi artırır. Rusiya ilə Ukrayna arasında münaqişə nəticəsində enerji və ərzaq təchizatında yaranan fasilələr isə Avropada inflyasiyaya gözləniləndən daha güclü təsir edir”, - “Fitch Ratings”in analitikləri hesab edirlər.

Bundan başqa, beynəlxalq reytinq agentliyi ABŞ Federal Ehtiyatlar Sisteminin 2022-ci ilin ikinci rübündə uçot dərəcəsini 3%-ə, 2023-cü ilin birinci rübündə isə 3,5%-ə qaldıracağını proqnozlaşdırır.

 

 

report