BAKU Azərbaycan
16.03 °C

Avropada təbii qazın qiyməti orta hesabla 1,8% düşüb

Avropada təbii qazın qiyməti gün ərzində orta hesabla 1,8% düşüb və hazırda min kubmetr üçün 882-893,5 ABŞ dolları arasında dəyişir.

Gazette.az Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın fyuçerslərinin qiyməti günə 882,1 dollarla başlayıb. Bu isə cümə günü qeydə alınmış qiymətlə (903,8 dollar) müqayisədə 2,4% daha aşağıdır.

Xatırladaq ki, Rusiyadan enerji daşıyıcılarının idxalına qadağa tətbiq edilməsi ilə bağlı narahatlıqlar fonunda martın əvvəllərində təbii qazın qiyməti bir neçə dəfə rekordları yeniləyib və martın 7-si maksimum 3 892 dollar təşkil edib.

 

 

report