FAO: "Dünyada taxıl tədarükü bir az daha daralacaq"

Gələn il dünyada buğda tədarükü bir az daha daralacaq.

Gazette.az xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak deyib.

Onun sözlərinə görə, dünyada taxıl tədarükü Rusiya Ukrayna müharibəsinə görə təsirə məruz qalıb:

"Bu ölkələr dünyada ən böyük taxıl istehsalçılarıdır. Ukaynada fermerlər müharibəyə görə tarlalarına, ərazilərinə gedə blmirlər, bəzi yollar dağıdılıb, 8 milyon insan ölkə daxilində qaçqın vəziyyətinə düşüb. 4 milyon insan isə ölkəsini tərk edib. Bu səbəbdən dünyada builki taxıl yığımı, həm də payızda dünyada buğda əkini təsirə məruz qalacaq.

Ola bilsin ki, dünyada daha əvvəl əkilən torpaqların 20-30 %-i bu il əkilə bilməsin. İndi biz 2021-2022-ci illərin tələbatına, 2022-ci ilin stoklarına baxdığımızda görürük ki, 2022-ci ilin taxıl stoklarında dəyişiklik olmayacaq. 2022-ci ilə girdiyimiz stoklarla çıxacağıq".

M. Çakmak hesab edir ki, müharibəyə, tariflərin artmasına görə, həmçinin ticarət şərtlərinin dəyişdiyinə görə dünyada taxıla olan tələbat azalıb: "Lakin bu ilin təxmini buğda yığımı və tədarükü rəqəmlərinə, 2023-cü ilin tələbatına baxdıqda stoklarda istifadə səviyyəsi 0,5 %-ə yaxın düşəcək. Yəni, gələn il buğda tədarükü bir az daracalaq. Buna baxmayaraq taxıl stoklarındakı vəziyyət 2007-2008-cü illərlə müqayisədə daha yaxşıdır. Bu qida böhranından və taxıl istehsalının azalmasından, qiymətlərinin bahalaşmasından Ukraynadakı istehsalçılar və istehlakçılarla yanaşı bütün taxıl idxal edən ölkələr təsirə məruz qalacaq. Bütün ölkələrdə həssas təbəqənin nümayəndələri inflyasiydan əziyyət çəkəcək".

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR