BAKU Azərbaycan
20.03 °C

Neft bahalaşıb

Tələbin artması ehtimalı fonunda dünya bazarlarında nefin qiyməti artıb.

Gazette.az birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,3% bahalaşaraq 1 bareli 120,93 dollara satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,4% artıb və 1 bareli 119,89 ABŞ dolları təşkil edib.

Müsbət dinamika səfərlərin artması ilə əlaqədar yanacaq qiymətlərinin mümkün artması ehtimalı fonunda neft bahalaşıb.

Digər tərəfdən Amerika Neft İnstitutu (API) ABŞ-da “qara qızıl”ın kommersiya ehtiyatının 1,845 milyon barel artdığını açıqlayıb. Analitiklər isə ehtiyatların 1,8 milyon barel azalacağını güman edirdilər.

 

 

report