BAKU Azərbaycan
19.03 °C

Qızılın qiyməti sabit olaraq qalır

Cümə günü səhər qızıl qiyməti demək olar ki, dəyişməyib. ABŞ-da isə işsizlik səviyyəsinin mümkün azalması ilə bağlı məlumatlar gözlənilir.

Bu barədə Gazette.az birjalara istinadən xəbər verir.

Qeyd edək ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri rəmzi olaraq 0,6 dollar və ya 0,03% artaraq 1 unsiya üçün 1872 dollar təşkil edir. Gümüşün iyul fyuçersləri isə 0,79% artaraq bir unsiya üçün 22,45 dollar olub.

Xatırladaq ki, cümə axşamı qızıl əsasən dolların zəifləməsi ilə əlaqədar olaraq 1,2% bahalaşıb. Amma indi qiymətli metallara investisiya qoyan şəxslər ABŞ-ın makrostatistika ilə bağlı göstəricilərini gözlədiklərinə görə daha ehtiyatlı davranıblar.

Bu gün ABŞ-da işsizlik səviyyəsi ilə bağlı statistik məlumatlar dərc olunacaq. Bu, pul siyasəti qərarlarını qəbul edərkən Federal Ehtiyat Sistemi (FES) üçün ən vacib iqtisadi göstəricilərdən biridir. İqtisadi ekspertlər isə mayda işsizlik səviyyəsinin 3,5%-ə düşəcəyini proqnozlaşdırırlar. Qeyd edək ki, ötən ay bu göstərici 3,6% olub.

 

 

report