BAKU Azərbaycan
15.03 °C

Neft 2 %-ə yaxın ucuzlaşıb

Səudiyyə Ərəbistanının hasilatı artırması ehtimalı fonunda dünya bazarlarında neftin qiyməti 1,5%-dən çox düşüb.

Gazette.az birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 1,55% ucuzlaşaraq 1 bareli 114,49 ABŞ dollarına satılıb. WTI neftinin iyun fyuçerslərinin qiyməti isə 1,7% düşərək 1 bareli 113,3 ABŞ dolları təşkil edib.

“Financial Times” nəşri yazır ki, Qərbin sanksiyaları fonunda Rusiyada hasilat əhəmiyyətli dərəcədə azalarsa Səudiyyə Ərəbistanı neft istehsalını artırmağa hazırdır.

Amerika Neft İnstitutunun (API) ABŞ-da neft ehtiyatlarının azalması haqqında məlumatları dərc etməsi belə ucuzlaşmanın qarşısını ala bilməyib. Belə ki, API-nin məlumatına əsasən mayın 27-dək olan həftə ərzində ABŞ-da “qara qızıl” ehtiyatı 1,2 milyon barel azalıb.

ABŞ-ın Energetika Nazirliyi ölkədə neftin kommersiya ehtiyatları ilə bağlı rəsmi statistikanı bu gün açıqlayacaq. Analitiklər ehtiyatların 1,4 milyon barel azalacağını güman edirlər.