Dövlət xidməti "SOCAR Petroleum"a rəqabətin pozulmasına görə xəbərdarlıq edib

"SOCAR Petroleum" QSC-də alıcılara qarşı əlverişsiz müqavilə şərtlərinin tətbiq edildiyi müəyyən olunub və antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə QSC-yə qarşı iş qaldırılıb və məcburi göstəriş verilib.

Bu barədə Qalanews İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verib.

Məlumatda deyilir ki, son zamanlar Dövlət Xidmətinə neft məhsulları bazarında rəqabətin pozulması barədə müraciətlər daxil olur. Bir müddət əvvəl fərdi sahibkarlar tərəfindən "SOCAR Petroleum" QSC-dən alınan neft məhsullarının alıcının ünvanına çatdırılmaması ilə bağlı Dövlət Xidmətinə daxil olan müraciət əsasında araşdırma aparılıb.

Araşdırma zamanı alıcılara qarşı əlverişsiz müqavilə şərtlərinin tətbiq edildiyi müəyyən olunub və antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə QSC-yə qarşı iş qaldırılıb. İşə baxılıb və müqavilə şərtlərinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması barədə QSC-yə icrası məcburi göstəriş verilib.

Bununla yanaşı, Dövlət Xidməti "SOCAR Petroleum" QSC-nin "Tənzimlənən qiymətlər haqqında" və "Antiinhisar fəaliyyəti haqqında" qanunların tələblərinə uyğun olmayan fəaliyyəti nəticəsində əldə etdiyi 27 milyon 412 min 962 manat gəlirin dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edib. Neft məhsulları bazarında bu cür halların aşkar ediləcəyi təqdirdə qanunamüvafiq ən sərt tədbirlər görüləcəkdir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ədalətli rəqabət mühitinin qorunması, antiinhisar qanunvericiliyinin tələblərinə əməl edilməsi istiqamətində tədbirləri davam etdirir.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR