BAKU Azərbaycan
17.03 °C

Avropada qaz yenidən ucuzlaşıb

Avropada ötən gün 20 % artaraq 1 370 ABŞ dollaradək bahalaşan qaz bugünkü hərrac zamanı 1000 kubmetr üçün 1 100 ABŞ dollaradəkk ucuzlaşıb.

Gazette az xəbər verir ki, bu barədə Londondakı “ICE Futures” birjasının məlumatlarında deyilir.  

Həmçinin regionun ən böyük onlayn qaz satışı mərkəzi TTF-in may fyüçersləri hərracın əvvəlində 1 140 ABŞ dollardan 1 085 ABŞ dollaradək ucuzlaşıb və hazırda 1100 ABŞ dolları ətrafında satılır.

Qeyd edək ki, ötən gün qiymətlərin kəskin artması Rusiyanın Polşa və Bolqarıstana qaz ixracını dayandırdıqlarını bəyan etməsilə bağlıdır.