BAKU Azərbaycan
17.03 °C

Avrozonada illik inflyasiya artıb

Avrozonanın 19 ölkəsində illik inflyasiya yekun qiymətləndirməyə görə fevral ayındakı 5,9 %-ə qarşı martda 7,4 %-ədək artıb.

Gazette az xəbər verir ki, bu barədə “Eurostat”ın hesabatında qeyd olunur. Bir il öncə avrozonada illik inflyasiya cəmi 1,3 % təşkil etmişdi.

Yekun rəqəmlərə əsasən, mart ayında avrozonada aylıq inflyasiya 2,4 % təşkil edib. Qeyd edək ki, ilkin olaraq aylıq inflyasiya 2,5 %, illik isə 7,5 % səviyyəsində gözlənilirdi.

İllik baza inflyasiyası da ilkin 3 %-lik proqnoza qarşı 2,9 % (əvvəlki ay 2,7 %) təşkil edib.

 

 

report