Azərbaycan və Qazaxıstan sahibkarlığın inkişafına dair əməkdaşlığı müzakirə edib

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) əməkdaşları Qazaxıstana işgüzar səfər edib.

Gazette Az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, səfər çərçivəsində Qazaxıstana məxsus "Sahibkarlığın İnkişafı Fondu" ASC-nin (DAMU) nümayəndələri ilə görüşlər keçirilib, tərəflərin birgə əməkdaşlığını ehtiva edən “Yol xəritəsi”nin icrası ilə bağlı görüləcək işlər barədə müzakirələr aparılıb.

SİF-in əməkdaşları sahibkarlıq subyektlərinin iqtisadiyyatdakı rolunu gücləndirmək və maliyyə vəsaitlərindən effektiv istifadəni təmin etmək məqsədilə Fondun həyata keçirdiyi tədbirlər barədə məlumat verib, DAMU təcrübəsində tətbiq olunan güzəştli kredit, zəmanət və subsidiya mexanizmlərinin şərtləri ilə tanış olub, o cümlədən təşkilatın risklərin idarəedilməsi, rəqəmsallaşma və korporativ idarəetmə siyasətləri barədə məlumatlandırılıb.

2019-cu ilin oktyabr ayında SİF və DAMU arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, sahibkarlığın təşviqi və biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə “Yol xəritəsi” hazırlanıb və hazırda icrası davam etdirilir.

SON XƏBƏRLƏR

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

BÜTÜN XƏBƏRLƏR