Almaniya Rusiyadan neft idxalını iki dəfə azaltmağı planlaşdırır

Almaniya hökuməti 2022-ci ilin ortalarına qədər Rusiyadan neft idxalını iki dəfə azaltmaq niyyətindədir.

Gazette Az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü “Der Spiegel” nəşri məlumat yayıb.

“Almaniya Rusiyadan enerji asılılığını sürətlə azaldır və enerji təchizatını daha geniş əsasda nəzərdən keçirir”, - Almaniya vitse-kansleri, iqtisadiyyat və iqlim müdafiəsi naziri Robert Habekin imzaladığı sənəddə deyilir.

O qeyd edib ki, son həftələrdə Rusiyadan neft tədarükü əhəmiyyətli dərəcədə azalıb. “Müqavilələrdəki dəyişikliklərlə əlaqədar olaraq, artıq indi yaxın gələcəkdə Rusiya neftindən asılılığın 25%-ə qədər azalacağı gözlənilir”, - mətndə vurğulanır. O cümlədən bu dəyişikliklərin yaxın həftə və aylarda qüvvəyə minəcəyi bildirilir.

“İlin ortasına qədər Almaniyanın Rusiyadan neft idxalı, yəqin ki, iki dəfə azalacaq. İlin sonuna qədər biz praktiki olaraq asılılığı aradan götürməyi hədəfləyirik”, - sənəddə deyilir.

SON XƏBƏRLƏR

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

BÜTÜN XƏBƏRLƏR