Bakı bu ay Dünya Kubokuna ev sahibliyi edəcək

“Bakı Dünya Kuboku-na ev sahibliyi etməyə tam hazırdır” – bunu Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov bildirib.

Baş katib qeyd edib ki, pandemiya ilə əlaqədar olaraq, 2020 və 2021-ci illərdə idmanın bu növü üzrə ölkəmizdə planlaşdırılmış beynəlxalq mötəbər yarışlar baş tutmasa da, Bakı Atıcılıq Mərkəzində ölkədaxili yarışlar, komandalarımızın hazırlıqları davam edib.

Federasiya rəsmisinin sözlərinə görə, mövcud əlverişli şərait idmanın bu növünə marağın artmasına da imkan yaradıb. “Son olaraq, 28 aprel - 2 may tarixlərində keçirilmiş güllə atıcılığı üzrə ölkə çempionatı yeniyetmə və gənclərimiz arasında idmanın bu növünə böyük maraq olduğunu bir daha nümayiş etdirib. Ölkənin regionlarından olan və müxtəlif idman klublarını təmsil edən 60-dan artıq gənc 10 metr məsafəyə pnevmatik tapança və pnevmatik tüfəng, 25 və 50 metr məsafəyə kiçikçaplı tapançadan atıcılıq hərəkətləri ilə yarışıblar” – Emin Cəfərov bildirib.

Həmçinin Beynəlxalq İdman Atıcılıq Federasiyasının (ISSF) İcraiyyə Komitəsinin qərarı ilə 27 may – 7 iyun tarixlərində Bakıda keçiriləcək Dünya Kubokunda atletlər güllə və stend atıcılığının on beş Olimpiya növündə mübarizə aparacaqlar. Bu mötəbər yarışda Bakı Atıcılıq Mərkəzi dünyanın 70-dən çox ölkəsindən 700-dək idmançısını qarşılayacaq. Tanınmış atıcılar, dünya və Avropa çempionları, Olimpiya Oyunlarının qalibləri bu dəfə ad almaq uğrunda Azərbaycanda yarışacaqlar.

2015-ci ildə istifadəyə verilmiş Bakı Atıcılıq Mərkəzi 16 hektar sahəni əhatə etməklə, infrastrukturu və təchizatı ilə Avropanın ən yaxşı 4 mərkəzindən biri hesab olunur.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR