
Reklam
04 May 2022, 21:20
553
Messi və Neymar mövsümün oyunçusu adına namizədlərin siyahısına düşməyib
Futbol üzrə Fransa çempionatında 2021/2022 mövsümünün ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
Gazette az Liqa 1-in rəsmi saytına istinadən xəbər verir ki, PSJ-nin ulduz futbolçuları Lionel Messi və Neymar siyahıdan kənarda qalıb.
Əvəzində Paris təmsilçisindən Kilian Mbappe, "Monako"dan Vissam Ben-Yedder, "Marsel"dən Dmitri Payet, "Lion"dan Lukas Paketa və "Renn"dən Marten Terrye namizədlər sırasında yer alıblar.
Qeyd edək ki, qalibin adı mayın 15-də bəlli olacaq.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





