BAKU Azərbaycan
16.03 °C

Mirbağır İsayev AFFA rəsmilərini təhqir etdiyi üçün 10 oyunluq cəza alıb

AFFA İntizam Komitəsi U-17 liqasında çıxış edən "Səbail" komandasının rəsmisi Mirbağır İsayevin 10 oyunluq stadiona girişinə qadağa qoyub.

Buna 48 yaşlı mütəxəssisin "Keşlə" ilə oyunda assosiasiya rəsmilərini təhqir etməsi səbəb olub.

"Dənizçilər"in inzibatçısı Yaşar Qasımov isə hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəza ilə üzləşib.