BAKU Azərbaycan
16.03 °C

Polina Rəhimova: "Qazandıqlarıma görə Azərbaycana minnətdaram"

"Ukraynalı olduğum üçün fəxr edirəm, hamınızın bildiyi kimi mən Azərbaycan təmsilçisiyəm. Əldə etdiklərimə görə bu ölkəyə həmişə minnətdar olacağam".

Bunu Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova şəxsi feysbuk hesabında yazıb.

32 yaşlı oyunçu izləyicilərini Ukrayna xalqına dəstək olmağa çağırıb: "Müharibə hamını birləşdirdi və kimin əsl insan olduğunu, xalqına kömək etdiyini göstərdi. Çox şadam ki, bu illər ərzində həmin vətənpərvər insanlarla əlaqəni kəsməmişəm".

Rəhimova müxtəlif vaxtlarda çox insanın onu dəstəklədiyini vurğulayıb: "Hazırda tək tanıdıqlarımıza deyil, çətinliyə düşən digər insanlara da kömək etmək vaxtıdır. Mübaribənin tezliklə bitməsini arzulayıram".

Qeyd edək ki, Polina Rəhimova 2007 - 2020-ci illərdə Azərbaycan yığmasının formasını geyinib.