BAKU Azərbaycan
16.03 °C

"Mançester Yunayted" yeni baş məşqçisini açıqlayıb

İngiltərənin "Mançester Yunayted" klubu yeni baş məşqçisini açıqlayıb.

Gazette az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" mövsümün sonunda niderlandlı Erik ten Haqa tapşırılacaq.

Hazırda ölkəsində "Ayaks"ın sükanı arxasında olan 52 yaşlı mütəxəssisin müqaviləsi 2025-ci ilədək nəzərdə tutulub. Onun sözləşməsi daha bir il artırıla bilər.

Qeyd edək ki, hazırda "Mançester Yunayted"ə almaniyalı Ralf Ranqnik başçılıq edir.

 

 

report