BAKU Azərbaycan
16.03 °C

İngiltərədə daha 6 futbolçunun adı Şöhrət Zalına daxil edilib

İngiltərədə daha 6 veteran futbolçunun adı Premyer Liqanın Şöhrət Zalına daxil edilib.

Gazette az yarışın rəsmi saytına istinadən xəbər verir ki, bunlar danimarkalı Peter Şmeyxel, Kot d İvuardan olan Didye Droqba, argentinalı Serxio Aquero, belçikalı Vensan Kompani, ingiltərəli Pol Skoulz və İan Raytdır.

Qeyd edək ki, Premyer Liqanın Şöhrət Zalı 2021-ci ildə təsis olunub.