BAKU Azərbaycan
16.03 °C

Məhəmməd Salah Premyer Liqada yeni uğura imza atıb

"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında yeni uğura imza atıb.

30 yaşlı hücumçu buna "Mançester Yunayted"ə qarşı XXX turdan təxirə salınmış oyunda dubla imza atmaqla nail olub.

Misirli forvard bir mövsümdə "qırmızı şeytanlar"a 5 qol vuran ilk oyunçu kimi tarixə düşüb.

Qeyd edək ki, qarşılaşma Mersisayd təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda ötən il IX turda rəqibini 5:0 hesabı ilə darmadağın etmişdi. Salah həmin görüşdə het-triklə yadda qalıb.