
Reklam
15 Aprel 2022, 22:34
580
"Fənərbağça" uruqvaylı hücumçunu birdəfəlik transfer edib
Türkiyə "Fənərbağça"sı cari mövsümün əvvəlində icarəyə götürdüyü uruqvaylı futbolçu Dieqo Rossini birdəfəlik transfer edib.
Gazette az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu keçid üçün ABŞ-ın "Los-Anceles Qelaksi" komandasına 5,5 milyon avro təzminat ödəyib.
24 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Dieqo Rossi bu mövsüm "Fənərbağça"nın heyətində 25 oyuna 4 qol vurub.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





