Azərbaycan Cüdo Federasiyası yeni qaydalarla bağlı seminar keçirəcək

Azərbaycan Cüdo Federasiyası (ACF) Beynəlxalq Cüdo Federasiyasının (IJF) 2022 - 2024 olimpiya dövrü üçün elan etdiyi yeni qaydalar haqqında seminarlar təşkil edəcək.

ACF-dən verilən məlumata görə, beynəlxalq dərəcəli hakim Vladimir Nutsubidzenin 24 - 25 yanvarda keçəcəyi seminarlarda hakimlərlə yanaşı, Azərbaycanın yığmalarının məşqçiləri və idmançıları, həmçinin müxtəlif klubların, cəmiyyətlərin və idman komandalarının məşqçiləri iştirak edəcəklər.

İki gün davam edəcək seminarların ilk günü Bakı Olimpiya Stadionunda yerləşən "Neftçi" İdman Klubunun təlim-məşq mərkəzində, ikinci günü isə “Atilla” və “Cüdo 2012” İdman Klublarının təlim-məşq mərkəzlərində təşkil olunacaq.

Seminarların əsas məqsədi hakimlər, məşqçilər və idmançıların IJF-nin tətbiq etdiyi son dəyişikləri mənimsəməsidir.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Vladimir Nutsubidze Avropa, dünya dempionatı və Olimpiya Oyunlarının final mərhələlərini idarə edib. Eyni zamanda, Avropa Cüdo Birliyi 2017-ci ildə onu ən yaxşı kişi hakim seçib.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR