BAKU Azərbaycan
15.03 °C

Bu gün Azərbaycan Respublikasının Powerlifting İdman Federasiyasının Təlim Məşq Bazasının açılışı oldu. 

Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.

Tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov, Gənclər və İdman Nazirliyinin nazir müavini Mariana Vasileva, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəhbəri Fərid Mansurov, Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Fitnes üzrə Azərbaycan Çempionu şəhid Muxtar Qasımlının atası Əli Qasımlı, II Vətən müharibəsinin qaziləri və Powerliftinq idman Federasiyasının milli komandanın Avropa və Dünya çempionları iştirak etdi.

Şəhid Muxtar Qasımlının atası Əli Qasımlı və II Vətən müharibəsinin qaziləri Gənlər və İdman Nazirliyi həmçinin, Powerlifting İdman Federasiyası tərəfindən müxtəlif hədiyyə və diplomlarla təltif olunub.