BAKU Azərbaycan
26.03 °C

İki boksçumuz dünya çempionatında bürünc medal qazanıb

Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən boks üzrə dünya çempionatında yarımfinal döyüşləri keçirilib.

71 kq çəki dərəcəsində çıxış edən boksçumuz Sərxan Əliyev ukraynalı rəqibi Yuri Zaxariyevə 0:5 hesabı ilə məğlub olaraq mundialı 3-cü pillədə başa vurub.

Yarımfinalda döyüşən Məhəmməd Abdullayev (+92 kq) də bu mərhələdə mübarizəni dayandırıb. Boksçumuz ermənistanlı rəqibinə məğlub olaraq dünya çempionatının bürünc medalı ilə kifayətlənməli olub.