“Vüqar Həşimov” klubu Avropa üçüncüsü oldu

Şimali Makedoniyanın Struqa şəhərində təşkil edilən klublar arasında Avropa kubokuna yekun vurulub.

Ölkəmizi turnirdə kişilərin mübarizəsində təmsil edən “Vüqar Həşimov” klubu son turda qrosmeysterimiz Şəhriyar Məmmədyarovun heyətində çıxış etdiyi yerli “Alkaloid”lə qarşılaşıb və görüşdən qalib ayrılıb, 3,5-2,5.

Komandamızın heyətində Rauf Məmmədov, Kiril Şevçenko və Vüqar Əsədli görüşlərini heç-heçə başa vurublar. Əhməd Əhmədzadənin məğlub olduğu görüşdə Aydın Süleymanlı və Ülvi Sadıxov qələbə ilə ayrılaraq komandamıza qələbə qazandırıblar.

Bu nəticədən sonra xallarının sayını 11-ə çatdıran “Vüqar Həşimov” klubu Avropa kubokunu 3-cü pillədə tamamlayıb. Kuboka isə 7 turdan sonra 13 xal toplayan Rusiyanın “Mednyi Vsadnik” klubu sahib olub. Ruslardan 1 xal geri qalan Çexiya təmsilçisi “AVE Novy Bor” turnirin gümüş medalına yiyələnib.

Şəhriyar Məmmədyarovun şərəfini qoruduğu “Alkaloid” klubu AK-nı 8-ci, digər qrosmeysterimiz Nicat Abasovun heyətində çıxış etdiyi “Silla” (İspaniya) klubu isə 9-cu pillədə başa vurub.

Qeyd edək ki, Avropa kubokunda yüksək nəticə əldə edən komandamızın heyətində Rauf Məmmədov, Aydın Süleymanli, Vüqar Əsədli, Ulvi Sadıxov, Əhməd Əhmədzadə, Murad İbrahimli və ukraynalı şahmatçı Kiril Şevçenko çıxış ediblər.

May

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR