Şəhriyar Məmmədyarov “Champions Showdown”-da Harri Kasparova qalib gəlib

ABŞ-ın Sent-Luisdə şəhərində şahmat üzrə “Champions Showdown” turnirinin ilk 3 turunun oyunları keçirilib.

GAZETTE xəbər verir ki, “Fişer şahmatı” (“960 şahmatı”) üzrə keçirilən yarışda qrosmeysterimiz Şəhriyar Məmmədyarov ilk qarşılaşmada ABŞ təmsilçisi Hikaru Nakamuraya qalib gəlib. Növbəti görüşündə fransalı Maksim Vaşe-Laqrava məğlub olan Ş.Məmmədyarov üçüncü qarşılaşmada Rusiya təmsilçisi Harri Kasparov üzərində qələbə qazanıb. Üç turdan sonra Şəhriyar Məmmədyarovun aktivində 2 xal var.

“Fişer şahmatı” amerikalı qrossmeyster, 11-ci dünya çempionu Bobbi Fişer tərəfindən icad edilən təsadüfi bir şahmat oyunudur. Qaydalara görə, piyadalar istisna olmaqla, bütün qara və ağ fiqurlar üfüqi vəziyyətdə bir-birinə simmetrik şəkildə təsadüfi düzülür və bunun nəticəsində start mövqeyində 960 variant yaranır. Oyunun adı – “960 şahmatı” da buradan əmələ gəlib. Fiqurların bu cür düzülüşü oyunçuların standart debüt kombinasiyalarından istifadəsinə imkan vermir və oyuna daha yaradıcı yanaşma tələb edir. Bu, həmçinin partiyaların daha maraqlı olmasına və kompüterdən müxtəlif debüt variantlarını dərindən təhlil edərək oyuna əvvəlcədən hazırlaşmağı istisna edir.

Dairəvi sistem üzrə keçirilən yarışda 10 şahmatçı iştirak edir və 9 turdan ibarətdir.

Image

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR