Paralimpiya Oyunlarında uğur qazanan milli komandamızın üzvləri təltif olunublar – SƏRƏNCAM

Sentyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi, eləcə də milli Paralimpiya komandamızın üzvlərinin təltif olunmasına dair sərəncamlar imzalayıb.

GAZETTE xəbər verir ki, Sərəncama əsasən, XVI Yay Paralimpiya Oyunlarında birinci yeri tutan hər bir idmançı üçün 200 min, onun məşqçisi üçün isə 100 min manat məbləğində mükafat müəyyən edilib. İkinci yeri tutan hər bir idmançı 100 min, məşqçisi 50 min, üçüncü yeri tutan hər bir idmançı 50 min, məşqçisi isə 25 min manat məbləğində mükafatlandırılıb.

Dövlət başçısının imzaladığı digər Sərəncamla Azərbaycan Milli Paralimpiya komandasının üzvləri orden və medallarla da təltif olunublar. Belə ki, Paralimpiya çempionları Elvin Astanov, Hamed Heydari və Raman Salei “Şöhrət”, Orxan Aslanov, Şəhanə Hacıyeva, Xanım Hüseynova, Vəli İsrafilov, Dürsədəf Kərimova, Hüseyn Rəhimli, Vüqar Şirinli, Lamiyə Vəliyeva, Sevda Vəliyeva və İlham Zəkiyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar. Bundan başqa, 3 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə”, 3 nəfər 3-cü dərəcəli “Əmək” ordenləri, 11 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.

Azərbaycan Prezidentinin növbəti Sərəncamı ilə XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə məşqçilərdən 3 nəfər – İlqar İbişov, Ramin İbrahimov və Fyodor Kirillov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Prezident İlham Əliyevin imzaladığı digər Sərəncamla Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyi də təltif edilib. Belə ki, XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov “Şöhrət”, Komitənin baş katibi Kamal Məmmədov isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR