Rauf Məmmədov erməni rəqibinə qalib gəldi – Avropa çempionatı

İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə fərdi açıq Avropa çempionatının 5-ci turunun oyunları keçirilib.

GAZETTE xəbər verir ki, qitə birinciliyinin bu turunda qrosmeysterimiz Rauf Məmmədov 4 turdan sonra turnir cədvəlinə liderlik edən Ermənistan təmsilçisi Robert Hovanesyana ağ fiqurlarla qalib gəlib.

Bu qalibiyyətlə xalların sayını 4,5-ə çatdıran R.Məmmədov liderlər qrupunda qərarlaşıb.

Avropa çempionatında iştirak edən digər şahmatçılarımızdan Nicat Məmmədov Tarun Kanyamarala (İrlandiya), Nicat Abbasov Luka Nudesavlyeviç (Serbiya), Read Səmədov Tor Mari Aron (İslandiya) üzərində qələbə qazanıblar.

“Zəka sahiblərimiz”dən yalnız Aydın Süleymanlı turu məğlubiyyətlə başa vurub. O, rəqibi Ventura Souzaya (Portuqaliya) uduzub.

Qeyd edək ki, 5 turdan sonra N.Məmmədovun aktivdə 4, N.Abasovun 3,5, A.Süleymanlının və R.Səmədovun isə 2,5 xal var.

Xatırladaq ki, qitə çempionatında iştirak edən qrosmeysterimiz Vasif Durarbəyli yeni növ koronavirus infeksiyasına yoluxduğu üçün mübarizədən kənarlaşdırılıb.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR